İtaliyanın "Sampdoriya" klubunun daha bir futbolçusu koronavirusa yoluxub. Sportnet.az-ın məlumatına görə, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir.
27 yaşlı Bereşinski Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur. Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub.