
İtaliyanın "Milan" klubunun texniki direktoru Paolo Maldini və onun komandada çıxış edən futbolçu oğlu Daniel Maldinidə koronavirus aşkarlanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, P.Maldiniyə bu xəstəliyə yoluxmuş şəxslə təmasdan infeksiya keçib. Test 51 yaşlı ata ilə 18 yaşlı oğlunda COVID-19-un olduğunu təsdiqləyib. Hazırda onlar özlərini yaxşı hiss etsələr də, evdə iki gündür təcrid olunmuş vəziyyətdədirlər. Ata və oğul Maldini həkimlərdən tam sağalma rəyi alanadək karantində qalacaqlar.
Koronavirus infeksiyası 2019-cu ilin sonlarında Çinin Uxan şəhərində qeydə alınıb. Son məlumatlara əsasən, dünyada COVID-19 xəstəliyindən 12 762 nəfər ölüb.