
UEFA Çempionlar Liqasının finalı iyulun sonu və ya avqustun əvvəlində keçirilə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə "A Spor"a açıqlamasında Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı deyib.
Onun sözlərinə görə, İstanbuldakı həlledici qarşılaşma ilə bağlı bu gün UEFA rəhbərliyi ilə video-konfrans keçiriləcək.
Qeyd edək ki, UEFA 2 gün əvvəl avrokubok oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığını açıqlayıb.