Belarus Yüksək Liqasında III turun "Vitebsk" - "Smoleviçi" matçının yeri dəyişdirilib.
Sportnet.az-ın "Pressbol"a istinadən verdiyi məlumata görə, buna Vitebskdəki çətin epidemioloji vəziyyət səbəb olub. Görüş planlaşdırıldığı kimi, aprelin 5-də olacaq. Meydan sahibi qismində isə "Smoleviçi" çıxış edəcək.
Belarus çempionatı Avropada koronavirus pandemiyası üzündən dayandırılmayan yeganə futbol yarışıdır. Bu ölkədə koronavirusa 351 yoluxma halı və 4 ölüm qeydə alınıb.