
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kayl Uolkerə tətbiq edəcəyi intizam tədbiri məlum olub.
Sportnet.az-ın "Mirror"a istinadən məlumatına görə, karantin dövründə evinə iki fahişə çağıran 30 yaşlı müdafiəçi 250 min funt sterlinq (283 min avro) məbləğində cərimələnəcək. Yığma üzvünün həftədə 110 min funt sterlinq (124 min avro) qazanır.
Daha əvvəl Uolker tutduğu hərəkətə görə üzrxahlıq edib.
Qeyd edək ki, "Mançester Siti"nin futbolçusu yüngül əxlaxlı qadınları Heyldəki evinə sosial şəbəkədə azarkeşlərə müraciət dərc etdikdən bir gün əvvəl çağırıb. Kayl Uolker fanatları koronavirusla mübarizədə bütün müəyyənləşdirilmiş tövsiyələrə əməl etməyə və evdə qalmağa çağırıb. O, şəxsiyyətini gizlədərək, özünü digər adla təqdim etməyə çalışsa da, sonradan fahişələrdən biri onu tanıyıb.