Braziliya milli komandasının Sabiq futbolçusu Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.
Sportnet.az “Football Espana”ya istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Ronaldinyo həbsxanada 1 ay keçirib.
O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Növbəti gün sabiq futbolçu həbsdən azad edilsə də, bir neçə saat sonra Ronaldinyo yenidən baş prokurorluğun sorğusu əsasında həbs olunub. Məhkəmə onun həbs müddətini altı aya qədər uzatmaq barədə hökm çıxarıb.