İtaliyanın "Milan" futbol klubunun texniki direktoru Paulo Maldini və oğlu Daniel Maldini koronavirusdan sağalıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bir müddət öncə virusa yoluxan hər iki şəxsin sonuncu analizləri mənfi nəticə verib.
P.Maldini və oğlunun tamamilə sağaldıqları bildirilib.