UEFA İcraiyyə Komitəsi aprelin 23-də videokonfrans vasitəsi ilə bir araya gələcək.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu iclas aprelin 21-də UEFA-ya üzv olan 55 milli assosiasiya ilə görüşdən sonra olacaq.
İclaslarda həm daxili, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.
UEFA İcraiyyə Komitəsinin iclasından sonra əlavə məlumatın veriləcəyi vurğulanıb.