
UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni tarixi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun vitse-prezidenti Şandor Çani Macarıstan mətbuatına açıqlama verib.
O bildirib ki, qarşılaşmalar oktyabr və ya noyabr aylarında təşkil oluna bilər. Macarıstanlı futbol funksioneri sözügedən ayların matçların keçirilməsi üçün ideal vaxt olduğunu bildirib.
Millətlər Liqasının pley-off görüşləri 2 dəfə təxirə salınıb. Matçlar əvvəlcə mart ayından iyuna, daha sonra isə sentyabra keçirilib.
A Liqası
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B Liqası
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C Liqası
Şotlandiya - İsrail
Norveç - Serbiya
D Liqası
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo
Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyinə dair qərar verilib.