İngiltərə Premyer Liqasının XIV turunda
"Tottenhem”lə oyunda fərqlənən "Çelsi”in 35 yaşlı forvardı Didye Droqba
hələ də formada olduğunu göstərib. Sportnet.az-ın
məlumatına görə, matçdan sonra medianın suallarını cavablandıran
"zadəganlar"ın baş məşqçisi Joze Mourinyo 36 yaşlı hücumçu haqqında
bəzi məsələləri açıqlayıb.
Portuqaliyalı mütəxəsis forvardın gələcək fəaliyyətinin də London klubu ilə bağlı olacağına işarə vurub: "Droqba ümidlərimi doğrultdu. "Real"ın məşqçisi kimi ona qarşı oynayanda hələ də hansı potensiala malik olduğunu sezmişdim. Didye buradadı və karyerasını "Çelsi"də başa vuracaq. Karyerasını sona çatdırandan sonra da "Çelsi"də ona iş tapılacaq".