Almaniyanın "Volfsburq" klubunun futbolçusu Yannik Gerhardt karantindən sonra ilk məşqdə ağır zədələnib.
Sportnet.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üzündən xəsarət alıb.
Almaniyalı oyunçunun daha ətraflı müayinə üçün xəstəxanada olduğu bildirilib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya Bundesliqası mayın 16-da bərpa olunacaq.