"Qalatasaray”
Fransanın "Marsel” klubunun futbolçusu Andre-Pyer Jinyaka elçi düşüb. Sportnet.az-ın
məlumatına görə, İstanbul təmsilçisinin qış transfer pəncərəsində futbolçuya təklif
götürəcəyi gözlənilir.
"Qalatasaray”
klubunun rəsmilərindən Cenk Ergün qışda Jinyak üçün "Marsel” klubuna 1,5 milyon
avro təklif edəcəklərini deyib. Klubla danışıqların müsbət nəticələnməyəcəyi
təqdirdə İstanbul təmsilçisi futbolçunu mövsümün sonunda komandaya cəlb edəcək.
Lakin
Ergün ilk öncə komandadan bir legionerin göndərilməli olduğunu deyib.
Fransa
millisinin üzvü bu mövsüm klubunda 15 oyunda 11 qol vurub.
Qeyd edək ki, 28 yaşlı hücumçuya "Qalatasaray”la yanaşı "İnter”, "Liverpul” və "Tottenhem” klubları da maraq göstərir.