Türkiyənin
"Beşiktaş” klubu "Ştutqart”ın futbolçusu Robin Yalçına maraq göstərir.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi yanvar ayında futbolçunu
heyətinə qatmağı planlaşdırır.
Qış
transfer pəncərəsində "qara qartal”ların iki yarımmüdafiəçisi – Veli Kavlak və Atibu
Xatçinsonun komandadan ayrılması gözlənilir. Onları əvəzləmək üçün rəhbərlik "Ştutqart”ın
türk əsilli futbolçusu Robin Yalçənı komandaya qazandırmaq istəyir.
20 yaşlı yarımmüdafiəçinin adı hal-hazırda klubunun ehtiyat heyətinin
siyahısnda getsə də, o, əsas komanda ilə 3 matçda iştirak edə bilib.
Qeyd edək ki, Robin Almaniyada doğulsa da, Türkiyə Superliqasında legioner sayılmayacaq. Çünki futbolçu türk əsillidir.