"Real”ının almaniyalı futbolçusu Sami Hedira "Daily
Mail" nəşrinə müsahibə verib. Sportnet.az-ın
məlumatına görə, "Kral klubu" ilə müqaviləsi mövsümün sonunda bitəcək
oyunçu gələcəyi barədə hələ qərar vermədiyini bildirib.
Yarımmüdafiəçi "Real"da qalacağını da istisna etməyib:
"Hamı bilir ki, yayda müqaviləm başa çatacaq. Klub rəhbərliyi ilə yaxşı
münasibətim var. Madriddə özümü rahat hiss edirəm. Orada qalmağım istisna
deyil. Başqa klublarla danışıqlar aparmıram. Karyeramı harada bitirəcəyim özümə
də maraqlıdı".
Hedira cari ildəki uğurları və "Qızıl Top" mükafatı haqqında sualları da cavablandırıb: "2014-cü il mənim üçün rəngarəng keçdi. Çempionlar Liqası və Mundialın finalında zədə səbəbindən oynaya bilmədim. "Qızıl top"a namizədlər dünya səviyyəli və güclü futbolçulardı. Mənim iki favoritim var: Ronaldo və Manuel Noyer. Hər ikisi öz mövqeyində ən yaxşılardı. Şadam ki, səs verməyəcəm. Yozef Blatterin yerində olsaydım, iki "Qızıl top" verərdim".