"Sabah" klubu "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Aprel şəhidlərinin övladları ziyarət edib.
Sportnet.az-ın məlumatına görə, tədbir klubunun titul sponsoru "Bank Respublika"nın təşəbbüsü, AFFA və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə baş tutub.
"Sabah"ın və Azərbaycan millisinin üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara "Bank Respublika", "Sabah" FK və AFFA-dan müxtəlif hədiyyələr təqdim ediblər.
Oyunçular uşaqlarla xatirə şəkli çəkdiriblər.