"Böyük məbləğə də, aşağı maaşa da işləmişəm. Hər bir klubda vəzifəmi yerinə yetirmişəm".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Sport-Ekspress"ə müsahibəsində deyib. Rusiya "Lokomotiv"inin yeni müqavilə imzalamaqdan imtina etdiyi 73 yaşlı mütəxəssis yalnız Moskva "Dinamo"sundan işinin öhdəsindən gələ bilmədiyini etiraf edib. O, səbəb kimi əleyhinə yığılan bir çox amili göstərib.
Syomin "Lokomotiv"də büdcənin azaldılmasına razı olmadığına dair iddiaları təkzib edib: "Mən hər şeyə hazır idim. "Mordoviya"da yanmış bazada məşq edirdik. "Qəbələ"də də, "Anji"də də işləmişəm. Sadəcə, mənimlə yalnız təmiz və futbol maraqlarından danışmaq lazımdır".
Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb. Onun rəhbərliyi dövründə "qırmızı-qaralar" bürünc medal qazanıb və ölkə kubokunun finalçısı olub.