Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun klubu "Ersgebirge" Almaniya II Bundesliqasının XXX tur matçında "Karlsrue"ni qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Aue şəhərindəki "Ertsgebirgeştadion"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb və 90-cı dəqiqədə yerini komanda yoldaşına verib.
Bu nəticədən sonra xalını 41-ə çadıran "Ertsgebirge" 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Dmitri Nazarov "Ertgebirge"dən əvvəl 2013 - 2016-cı illərdə "Karlsrue"nin formasını geyinib.