Türkiyənin "Beşiktaş" klubu heyətində ciddi itki ilə
üzləşib. Sportnet.az-ın məlumatına görə, İstanbul
təmsilçisinin hücumçusu Mustafa Pektemek zədələnib.
26 yaşlı hücumçu ötən gün Superliqanın 12-ci turu çərçivəsindəki
"Trabzonspor" matçında ciddi zədə alıb. Oyunun 71-ci dəqiqəsində hava
mübarizəsi zamanı rəqiblə toqquşan forvard dərhal xəstəxanaya aparılıb.
Burnunda və almacıq sümüyündə qırıq aşkarlanan Türkiyə millisinin üzvü
əməliyyat olunacaq. Onun xeyli müddət yaşıl meydanlardan uzaq qalacağı deyilir.
Qeyd edək ki, "Beşiktaş"ın stadionunun inşası hələ başa çatmadığından bu matç Konya şəhərində baş tutub və ev sahibi qismində çıxış edən "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.