"Fənərbağça”nın sabiq futbolçusu Aleks de Souza peşəkar
futbol karyerasına son qoyub. Sportnet.az-ın məlumatına görə, futbolçu Braziliya
A seriyasının 38-ci həftəsində "Koritiba” və "Bahia” komandalarının
qarşılaşmasında sonuncu dəfə meydana çıxıb.
Qarşılaşma Aleksin komandası "Koritiba”nın 3:2
hesablı qələbəsi ilə başa çatıb. Matçın əvvəllərində 2 top fərqi ilə geriyə
düşən komanda əzmkarlıq göstərərək qələbə qazana bilib. Qolları vuran
futbolçulardan Ze Eduardo və Dudu Aleksə tərəf qaçaraq sevinclərini onunla
bölüşüblər.
80-ci dəqiqədə sarı vərərqə alan Aleks iki dəfə qola yaxınlaşsa da son matçında qol vurmaq ona qismət olmayıb. Oyunun 87-ci dəqiqəsində əvəzlənən Aleks göz yaşları içində həyat yoldaşı Daianne Mauada və uşaqlarına sarılaraq meydandan çıxıb.