
Koronavirus pandemiyası dönəmindəki böhran səbəbindən klub tapa bilməyən hollandiyalı futbolçular bəlli olub.
Sportnet.az "Elfvoetbal" nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycanda oynamış iki futbolçu da var. Bundan "Qəbələ"nin keçmiş oyunçusu Lorentso Ebesilio və "Qarabağ"ın sabiq üzvü Leroy Corcdur.
2013/2014 mövsümündə icarə əsasında "Qəbələ"də oynayan 29 yaşlı yarımmüdafiəçi son olaraq Yaponiyanın "Cubilo İvata" klubunun formasını geyinib və fevral ayından klubsuzdur.
2013/2014 və 2014/2015 mövsümündə "Qarabağ"la ölkə çempionu olan Leroy Corc isə 2018/2019 mövsümünü Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda oynayıb. Surinam əsilli 33 yaşlı hollandiyalı vinger həmin vaxtdan bəri klubsuzdur.