Rusiyanın Orenburq vilayətinin rəhbərliyi eyniadlı kluba "Ural" komandası ilə oyuna çıxması üçün razılıq verməyib.
Sportnet.az Rusiya Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın digər oyunlarında iştirakı test nəticələrindən asılı olacaq. "Orenburq"a 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Orenburq"un 10 üzvündə koronavirus aşkarlanıb. Onlardan 6-sı futbolçudur. Komanda 24 matçdan sonra 23 xalla Premyer Liqanın son pilləsindədir.