"Olborq" və "Sönneryüsk" komandaları arasındakı Danimarka Kubokunun final matçı təxminən 15 dəqiqəlik dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, buna azarkeşlərin sosial məsafə qaydalarını pozmaları səbəb olub. 30-cu dəqiqədə baş hakim Yurgen Burhardt matçı saxlayıb. Çünki "Olborq" fanatları koronavirus pandemiyası ilə əlaqədar tövsiyə olunan sosial məsafə qaydasına əməl etməyib.
Nəticədə bəzi azarkeşlər stadiondan çıxarılıb və qarşılaşmanı sonadək 1250 fanat izləyəsi olub.
Qeyd edək ki, matç "Sönneryüsk"ün 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.