"Qalatasaray”ın
qrupda iddiası olmasa da, hörmət ediləsi komandadır”. Sportnet.az-ın məlumatına
görə, bunu "Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib.
Venger
"sarı-qırmızılar”ın meydana mütləq qələbə üçün çıxacağını bildirib: "Türkiyə
qürurlu ölkədi, "Qalatasaray” da bu ölkənin böyük bir klubudur. Qrupda pis
nəticələr əldə edə bilərlər ama son oyunda yaxşı nəticəyə oynayacaqlar. Buna
görə də, asan oyun olacağını düşünmürəm”.
Mütəxəssis "Qalatasaray”ın heç bir şansının olmamağını, bu vəziyyətin isə bu günkü oyuna təsiri barədə danışıb: "Onların keçən mövsüm "Yuventus”u necə keçərək nəvbəti mərhələyə keçdiyini hamımız xatırlayırıq. Türklərin nə qədər qürurlu olduğunu bildiyimiz üçün sabahkı qarşılaşmanın çətin olacağını düşünürəm. Onlar Türkiyənin ən böyük komandasıdır. Qrup sonuncusu olsalar da, heç zaman kiçildiləcək rəqib deyil”.