Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro iki yoldaşlıq görüşü keçirəcək.
Sportnet.az-ın Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, Faruk Hacibegiçin baş məşqçi olduğu kollektiv Latviya və Qazaxıstanı qəbul edəcək. Oyunlar müvafiq olaraq, oktyabrın 7-də və noyabrın 11-də Podqoritsa şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan və Monteneqro yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş oktyabrın 9-da Podqoritsada, ikinci qarşılaşma isə noyabrın 12-də Bakıda olacaq. Bu qrupda Kipr və Lüksemburq milliləri də qərarlaşıb.