
Ukrayna I Liqasında çıxış edən Zaporojye "Metallurq"unun 13 futbbolçusu COVID-19 pandemiyasına yoluxub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, komandada 32 nəfər arasında aparılmış yoxlama nəticəsində müəyyənləşib. Daha əvvəl klubda 7 nəfərdə xəstəlik aşkarlanmışdı.
Yeni xəstələrin hamısının vəziyyəti yüngül ağır dərəcəsindədir. 5 nəfər xəstəxanaya yerləşdirilib, 8 nəfər isə həkim nəzarəti altında özlərini təcrid ediblər.
Qeyd edək ki, daha əvvəl Ukrayna I Liqasında XXII turun "Rux" - "Metallurq" (Zaporojye) matçı baş tutmayıb. Oyun iyulun 4-də keçirilməli idi.