
"Atletiko Madrid” klubunun türkiyəli futbolçusu
Arda Turanın "Qurani-Kərim”ə olan sevgisi çox böyükdür. Sportnet.az-ın
məlumatına görə, futbolçu hər oyundan öncə Yasin surəsini dinləyir.
Komanda yoldaşlarına da "Quran”ı başa salan Arda, son olaraq "İnstaqram”da bir şəkil paylaşaraq Türkcə və İpsanca şərh yazıb. Futbolçu "Gecəniz xeyrə” başlıqlı paylaşımında "Quran”ın hər zaman başucunda olduğunu göstərib. "Qurani-Kərim”in yanında təsbehin də olduğu şəkil ispaniyalı sevənləri tərəfindən maraqla qarşılanıb.

