
Bu
gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin növbəti görüşü keçirilib. Sportnet.az-ın məlumatına
görə, komitə üzvləri 16 və 15 yaşadək futbolçulardan ibarət Azərbaycan
yığmalarının baş məşqçisi Təbriz Həsənov və Aslan Kərimovla görüşüb.
Görüşdə hər iki yığma komandanın hazıkı vəziyyəti, hazırlıq planları barədə
ətraflı fikir mübadiləsi aparılıb.







