Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yığması yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Sportnet.az Kipr Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Yohan Valemin başçılıq etdiyi kollektiv 2 görüş keçirəcək.
Kiprlilər əvvəlcə evdə Çexiya ilə üz-üzə gələcəklər. Bu görüş oktyabrın 7-də baş tutacaq. İkinci oyun isə 4 gün sonra səfərdə Yunanıstana qarşı olacaq.
Qeyd edək ki, Azərbaycan və Kipr yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci qarşılaşma isə okyabrın 13-də Bakıda olacaq. Bu qrupda Monteneqro və Lüksemburq milliləri də qərarlaşıb.