Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında çıxış edən klubların birindən təklif alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü yerli radiolardan birinə müsahibəsində deyib.
De Byazi bildirib ki, 2 variant arasında götür-qoy etdikdən sonra yığmada çalışmağa üstünlük verib: "Azərbaycan millisindən gələn çağırışa müsbət cavab verdim, Çünki ortaya fərqli, yaxşı iş qoymaq istəyirəm".
Bakı haqqında da danışan 64 yaşlı mütəxəssis buranın gözəl şəhər olduğunu söyləyib: "Azərbaycan, Bakı məni yaxşı mənada təəccübləndirdi. Açığı, bu qədərini gözləmirdim".
Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.