İtaliyanın "Milan" klubu icarə əsasında komandada çıxış edən futbolçu Simon Kyaeri heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı danimarkalı futbolçu İspaniya "Sevilya"sından alınıb.
Kyaerin "Milan"la imzaladığı müqavilənin müddəti 2022-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Simon Kyaer bu ilin yanvarında "Milan"a keçib. Danimarka millisinin üzvü cari mövsüm 13 matçda meydanda olub.