
“Məsuliyyətli işin altına girdiyimi anlayıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin yeni baş məşqçisi Rəşad Sadıqov klubun rəsmi saytına açıqlamasında deyib.
38 yaşlı mütəxəsis ona göstərilən etimada görə “Zirə” rəhbərliyinə təşəkkür edib. Sadıqov baş məşqçi kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışacağını vurğulayıb.
Qeyd edək ki, "Zirə" Rəşad Sadıqovla 3 illik müqavilə imzalayıb.