
“Sumqayıt” Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" son mövsümü “Zirə”də keçirmiş sabiq yarımmüdafiəçisi Elvin Məmmədov ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2018/19 mövsümündə “Sumqayıt”da oynamış Elvin Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmanın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.