Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Lüksemburq seçməsi hazırlıq matçında qüvvəsini sınayacaq.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın III Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşacaq.
Sentyabrın 1-də olacaq görüşün yeri barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 5-də Bakıda, ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.