Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan ikisi iki yoxlama matçında üz-üzə gələcək.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" Avropa Liqasına vəsiqə qazanan "Keşlə" ilə qarşılaşıb.
Qəbələ şəhər stadionundakı oyun ğdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1. Oyun tərəflərin razılığı ilə hər biri 30 dəqiqədən ibarət üç hissəlik olub. Hesabı "Keşlə"dən Aleksandr Kriştovao açsa da, Filip Ozobiç het-trik edərək, "Qarabağ"ən qalibiyyətini təmin edib.
Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.
Yoxlama matçı
18 iyul
17:30-. "Qarabağ" - "Keşlə" - 3:1
Qollar: Filip Ozobiç, 11 (pen.); 51; 65 - Aleksandr Kriştovao, 6.