
Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor" baş məşqçisi Mehmet Altıparmakla bağlı qərar verib.
Sportnet.az "Hurriyet"ə istinadən xəbər verir ki, klub rəhbərliyi 51 yaşlı mütəxəssislə yollarını ayırıb.
Yeni baş məşqçinin kim olacağı da hələ ki, bəlli deyil. 2009-cu ildə "Qarabağ"da köməkçi məşqçi, 2010 - 2012-ci illərdə"Qəbələ"də köməkçi məşqçi və baş məşqçi olan Fatih Kavlak idman direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, "Hatayspor"un "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərdiyi və təcrübəli mütəxəssisin bunu qəbul etmədiyi iddia edilir.