Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" komandası İspaniya Sequndasında qalıb.
Sportnet.az-ın məlumatına görə, komanda buna sonuncu - 42-ci turda "Kadis"lə matçda nail olub.
"Albasete" 90-cı dəqiqədə Maykel Mesanın penaltidən vurduğu qolla qələbə qazanıb - 1:0. İsrafilov bu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında əyləşib. Komandanın əsas üzvlərindən sayılan oyunçunun matçı buraxma səbəbi bəlli deyil.
Qeyd edək ki, bu nəticədən sonra "Albasete" çempionatı 52 xalla 17-ci pillədə başa vurub.