Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" komandası bəzi oyunçularla yollarını ayıracaq.
Sportnet.az xəbər verir ki, bu barədə klubun klubun Qəyyumlar Şurasının sədri Rostislav Murzaqulov yerli mətbuata məlumat verib.
Buna klubun 2020-ci ildə büdcəni aşması səbəb olub. Murzaqulov 3 və ya 4 oyunçunu satacaqlarını söyləyib: "Sponsorlardan əlavə pul istəməyə haqqımız yoxdur, çünki onlarla ciddi müqavilələrimiz var. Buna görə də oyunçuları satmalıyıq. 3 nəfəri mütləq göndərəcəyik. Əlbəttə onların arasında tanınmış oyunçular da olacaq. Futbolçuların və ya hansısa klubun adını çəkmək istəmirəm. Çünki hələ heç bir razılığa gəlməmişik".
Klub rəsmisi strategiyanın dəyişməyəcəyini, növbəti mövsümdə də azad agent olan və az məvacib ala futbolçulara etimad göstərəcəklərini vurğulayıb.
Qeyd edək ki, "Ufa" 29 turdan sonra Rusiya Premyer Liqasında 37 xalla 8-ci pillədə qərarlaşıb. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.