Dünən keçirilən
"Qalatasaray” – "Arsenal” matçından sonra istanbulluların futbolçusu Hamit
Altıntop maraqlı açıqlamalar verib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi komandanın uğursuzluğundan gileylənib.
32 yaşlı futbolçu
komandanın sabiq baş məşqçisi Çesare Prandellinin transfer siyasətini də tənqid
edib: "Cari mövsüm təəssüf ki, uğursuz alındı. Bundan əvvəl 2 il yaxşı
nəticələr qazanmışdıq. Bu il nəticə olaraq geriyə
addımladıq. Səhvlərmizi düzəldib, gələcəkdə uğurlu nəticələr qazanmağa
çalışacağıq.Uğursuzluğa çox səbəb vardı. Rəhbərlik dəyişdi,
yeni baş məşqçi gəldi. Böyük ümdilərlə 2 transfer (Blerim Cemaili, Qoran
Pandev) olundu. Amma bunların düzgün transferlər olub-olmaması şübhəlidi".
Qeyd edək ki, Türkiyə təmsilçisi dünənki məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.