
UEFA Avropa çempionatlarının final mərhələsində ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıya iki oyunçu başçılıq edir.
Hazırda İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Mişel Platini 9 dəfə rəqib qapılarına yol tapıblar.
Qeyd edək ki, Kriştianu Ronaldu 21 matçla Avropa çempionatları tarixində ən çox oyun keçirən futbolçudur.