Cənubi Koreyada azarkeşlərin beysbol və futbol matçlarına girişlərinə icazə veriləcək.
Sportnet.az-ın xarici mətbuata istinadən məlumatına görə, yerli hakimiyyət Beysbol Təşkilatı və Peşəkar Futbol Liqasına məhdud sayda azarkeşlərin oyunlarda iştirak etmələrinə icazə verib.
Fanatlar beysbol qarşılaşmalarına iyulun 26-dan, futbol matçlarına isə avqustun 1-dən tribunalarda baxa biləcəklər. Onlar ilk olaraq oturacaqların yalnız 10 faizindən istifadə edəcəklər.
Qeyd edək ki, Cənubi Koreyada beysbol və futbolda yeni mövsümə planlaşdırılandan bir ay sonra - mayda başlanılıb.