
İspaniya milli komandasının və "Barselona"nın keçmiş futbolçusu Xavi koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, hazırda Qətər "Əl-Sədd"ində baş məşqçi kimi çalışan sabiq yarımmüdafiəçinin testi müsbət çıxıb. 40 yaşlı mütəxəssis hazırda özünü təcrid edib və bu gün "Əl-Hora" ilə qarşılaşmada komandaya rəhbərlik edə bilməyəcək.
Xavinin xəstəliyinin simptomsuz keçdiyi bildirilir.