
"Bu komandada olmaqdan məmnunam".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.
Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib: "Qarabağ" transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər".
Klub barədə də danışan 30 yaşlı oyunçu "Qarabağ"ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib: "Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".
Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.