
Ukraynanın "Dinamo" (Kiyev) komandasının yeni baş məşqçisi Mirça Luçeskunun köməkçiləri müəyyənləşib.
Sportnet.az-ın "Dinamo Kyiv Inside" teleqram kanalına istinadən məlumatına görə, rumıniyalı mütəxəssisə komandanın sabiq futbolçuları Oleq Qusev və Oqnen Vukoyeviç, həmçinin moldovalı məşqçi Emil Karas yardımçı olacaq.
Qusev "Dinamo"ya 2003-cü ilin yayında gəlib. O, komandada 15 il ərzində 443 matçda 96 qol vurub.
Vukoyeviç 2008 - 2014-cü illərdə "ağ-göy" forma ilə 219 oyuna 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Karas isə məşqçilik karyerasınadək Moldova yığmasında çıxış edib. 52 yaşlı mütəxəssis sonuncu dəfə BƏƏ "Əl-Nəsr"ində çalışıb.
Qeyd edək ki, Mirça Luçesku azarkeş təzyiqlərinə dözməyərək, istefa verdiyini açıqlasa da, onu dilə tutmaq mümkün olub.