
2021-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı müddətində Rusiyanın Sankt-Peterburq şəhərinin küçələrində alkoqoldan istifadəyə icazə verilə bilər.
Sportnet.az-ın "Baza" teleqram-kanalına istinadən məlumatına görə, bu məsələ "AVRO-2020-yə hazırlıq haqqında" Qanunun yeni versiyasında əksini tapıb. Həmin sənədə əsasən, alkoqollu içkilərin əldə edilməsi və qəbulu demək olar ki, hər yerdə mümkündür. Yalnız məktəb, nəqliyyat, hərbi obyektlər və insanların kütləvi toplaşdığı digər yerlər istisnadır.
Əvvəlki qanunda UEFA-nın tələbi ilə pivənin yalnız stadionda satılmalı olduğu bəndi əksini tapmışdı.
Qeyd edək ki, bu il keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən 2021-ci il iyunun 11-dən iyulun 11-dək təxirə salınıb.