"Qarabağ" komandası tarixində ilk dəfə Çempionlar Liqasında Makedoniya təmsilçisi ilə üz-üzə gələcək.
Sportnet.az-ın məlumatına görə, "Sileks" həm də ilk dəfə Azərbaycan təmsilçisinə rəqib olacaq. I təsnifat mərhələsinin görüşü avqustun 18-də və ya 19-da Bakıda keçiriləcək.
Əvvəllər isə "Qarabağ" iki dəfə Makedoniya komandası ilə Avropa Liqasında qarşılaşıb. Skopye "Metallurq"u ilə 2010/2011 mövsümündə I təsnifat mərhələsinə təsadüf etmiş görüş Ağdam komandasının ümumi hesabda qələbəsi ilə yekunlaşıb - 4:1, 1:1. 2013/2014 mövsümündə isə Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv eyni mərhələdə hər iki görüşdə qalib gəlib - 1:0, 1:0.
İndiyədək "Qarabağ"ın heyətində bir çox makedoniyalı futbolçu çıxış edib. Bunlar Artim Şakiri, Nderim Necipi, Vladimir Dimitrovski, Zəkəriyyə Ramadani və Muarem Muaremdir.