
"Neftçi"nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Rumıniyanın əsas liqasına vəsiqə qazanan "Arceş"ə keçib.
Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Derlis Meza Kolli son olaraq Rumıniyanın "Petrolul" klubunun formasını geyinib. 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş yarımmüdafiəçi Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də şərəfini qoruyub. O, "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır.