UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu raundun ilk duelində Fransa PSJ-si ilə Almaniyanın "Leyptsiq" komandası üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Tomas Tuhelin başçılıq etdiyi kollektiv finala yüksəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Da Luj" stadionunda keçirilmiş görüşdə hesabı 13-cü dəqiqədə Markos Korrea açıb. İlk hissənin sonlarında fransızlar növbəti dəfə rəqibi cəzalandırıblar. 42-ci dəqiqədə Anxel di Mariya fərqi 2 topa çatdırıb - 2:0. İlk yarı bu hesabla başa çatıb.
İkinci hissədə PSJ daha bir qol vurub. Xuan Bernat 52-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
UEFA Çempionlar Liqası
Yarımfinaı
23:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 0:3
Qollar: Markos Korrea, 13, Anhel Di Mariya, 43, Xuan Bernat, 56
Baş hakim: Byörn Kuypers
Portuqaliya, Lissabon. "Eştadiu da Luş" stadionu
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.