"Qarabağ"ın futbolçusu Mahir Emreli Şimali Makedoniyanın "Sileks" komandası ilə oyunda vurduğu qolun ardından təqdirəlayiq hərəkətlə yadda qalıb.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu 80-ci dəqiqədə fərqləndikdən sonra əsgər salamı verib.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 4:0.