Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Zekeriya Alp ilə yollarını ayırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı keçmiş hakim istefa verdiyini rəhbərliyə açıqlayıb.
TFF Zekeriya Alpın istefasını qəbul edib. O, MHK üzvləri ilə birlikdə vəzifədən ayrılıb.