Fransanın "Anje" klubunun futbolçusu Rayan Ait-Nuri koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçinin test nəticəsi müsbət olub. Fransalı oyunçu karantinə alınıb.
Lequipe nəşri isə "Nitsa" klubunda iki şəxsin infeksiyaya yoluxduğunu yazıb, lakin onların adları dəqiqləşdirilməyib.
Qeyd edək ki, "Anje" avqustun 22-də Fransa çempionatının ilk turunda "Dijon", "Nitsa" isə "Lens"lə qarşılaşacaq.
Daha əvvəl "Marsel"in yarımmüdafiəçisi Dmitri Payetdə də koronavirus aşkarlanıb.